Hələb vilayətinin rəhbəri: Hökumət səbir nümayiş etdirməyə çalışır

Digər ölkələr
  • 07 oktyabr, 2025
  • 02:39
Hələb vilayətinin rəhbəri: Hökumət səbir nümayiş etdirməyə çalışır

Hələb vilayət rəhbəri Əzzam əl-Qərib bildirib ki, Daxili Təhlükəsizlik və Müdafiə Nazirliyinin qüvvələri vətəndaşların təhlükəsizliyini qorumağa çalışır və hərbi eskalasiya niyyətləri yoxdur.

"Rport" xəbər verir ki, əl-Qərib bu barədə "Facebook" hesabında paylaşım edib.

O, Suriya ordusu ilə PKK/YPG qruplaşmasının üzvləri (özlərini "Suriya Demokratik Qüvvələri" adlandırırlar - red.) arasında yaş.anan silahlı qarşıdurmanın terrorçular tərəfindən həyata keçirilən davamlı pozuntulardan sonra baş verdiyini bildirib.

Vilayət rəhbəri əlavə edib ki, müvafiq qurumlarla birbaşa əlaqə saxlanılaraq sahədəki hadisələr izlənilir. O, hökumətin səbir nümayiş etdirməyə və 10 mart razılaşmasına sadiq qalmağa çalışdığını, dialoq üçün hələ də imkanların açıq olduğunu vurğulayıb.

Əl-Qərib sakinləri bu gecə evlərində qalmağa və toqquşma bölgələrindən mümkün qədər uzaq durmağa çağırıb.

Qeyd edək ki, Suriyanın Hələb şəhərinin şimalında Əşrəfiyə və Şeyx Maqsud rayonları ətrafında keçid hökumət qüvvələrinin qurduğu nəzarət-buraxılış məntəqələri PKK/YPG terrorçuları ("Suriya Demokratik Qüvvələri") tərəfindən atəşə tutulub. Nəticədə bir hərbçi həlak olub, üçü isə yaralanıb.

Son xəbərlər

Bütün Xəbər Lenti