"Neftçi" cari mövsümdə ilk dəfə səfərdə böyükhesablı qələbəyə imza atıb
Futbol
- 02 fevral, 2026
- 11:11
Misli Premyer Liqasının XVIII turunda "Araz-Naxçıvan"la qarşılaşan "Neftçi" cari mövsümdə ilk dəfə səfərdə böyükhesablı qələbəyə imza atıb.
"Report" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, paytaxt təmsilçisi rəqib meydanında 4:0 hesabı ilə qalib gəlib.
"Ağ-qaralar" sonuncu dəfə belə nəticəyə 2023/2024 mövsümündə imza atıb. Bunu 624 gün gözləyən Bakı klubu 2024-cü il mayın 18-də "Səbail"in meydanında üç cavabsız qola sevinib.
"Neftçi"nin səfərdəki 4 və ya daha çox top fərqli qələbəsi isə 2022/23 mövsümündə qeydə alınıb. "Liv Bona Dea"dakı uğurdan 1030 gün əvvəl – 2023-cü il aprelin 8-də "Sumqayıt" qonaqların 4 cavabsız qoluna üzülüb.
Son xəbərlər
20:51
Bakıda 16 yaşadək cüdoçular arasında "İstedadların seçimi" turniri start götürüb
Fərdi20:40
Azərbaycan Basketbol Liqasında XVII tura yekun vurulub
Komanda20:31
Əraqçi: Regiondakı dostlarımız E3 qrupundan daha effektiv olduqlarını sübut edirlər
Region20:29
"Liverpul" "Nyukasl"ın hücumçusunu transfer etməyə yaxındır
Futbol20:10
Braziliya tarixində ilk dəfə Qış Olimpiadasında qızıl medal əldə edib
Digər ölkələr19:54
Vəkillər Kollegiyasının nümayəndə heyəti Avstriyada rəsmi səfərdə olub
Xarici siyasət19:38
Ukrayna Prezidenti enerji yardımına görə İlham Əliyevə təşəkkür edib
Xarici siyasət19:35
Foto
Zelenski Azərbaycan Prezidentinə ukraynalı uşaqlara olan qayğıya görə minnətdarlığını bildirib - YENİLƏNİB
Xarici siyasət19:20
Foto