FTB keçmiş vitse-prezident Pensin evində axtarış aparacaq
Digər ölkələr
- 03 fevral, 2023
- 00:14
Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları yaxın günlərdə ABŞ-ın keçmiş vitse-prezidenti Maykl Pensin İndiana ştatındakı evində axtarış aparmaq niyyətindədir.
“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Qeyd olunub ki, FTB Pensin evində “gizli” qeyd olunan hər hansı sənədi axtaracaq. Hazırda ABŞ Ədliyyə Nazirliyi keçmiş vitse-prezidentin hüquq komandası ilə axtarışın vaxtı ilə bağlı danışıqlar aparır.
Yanvarın sonlarında Pensin İndiana ştatının Karmel şəhərindəki evində gizli sənədlər aşkarlanıb. Sənədləri onun vəkili aşkar edib və materialları FTB-yə təhvil verib.
Son xəbərlər
07:35
UKMTO: Oman sahillərində yük gəmisinə mərmi dəyib
Digər ölkələr07:26
"Telegram" bütün dünyada "App Store"dan silinib
Maraqlı07:18
ATƏT-in sədri Cənubi Qafqazda sülhü dəstəkləyir
Xarici siyasət07:07
Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək
Energetika06:50
ABŞ Rusiya Müdafiə Nazirliyinin bölmələrinə qarşı sanksiyalar tətbiq edib
Digər ölkələr06:43
Bu gün "Terrorsuz Türkiyə" tənzimlənməsinin imzalanması gözlənilir
Region06:17
Efiopiyada torpaq sürüşməsi nəticəsində 14 nəfər ölüb
Digər ölkələr06:07
Kubada leysan səbəbindən elektrik təchizatının bərpası çətinləşib
Digər ölkələr05:39