Fransada adi yol qəzası kütləvi toqquşmalar, dağıntılar, yanğınlarla nəticələndi
Digər ölkələr
- 04 mart, 2021
- 21:58
Fransanın Lion şəhərində bir qrup gəncin polislə toqquşmaları zamanı altı avtomobil və iki motosiklet yandırılıb.
“Report” xəbər verir ki, bu barədə BFM TV bildirib.
Qeyd edilir ki, qarışıqlıqlar yol-nəqliyyat hadisəsindən sonra yaranıb. Qəza zamanı 13 yaşlı yeniyetmə xəsarət alıb. O, iddia edib ki, qəzaya idarə etdiyi nəqliyyat vasitəsinin polis əməkdaşları tərəfindən təqib edilməsi səbəb olub.
Qəzadan sonra yaranan qarışıqlıqlar nəticəsində avtobus dayanacaqları dağıdılıb, bununla yanaşı, avtomobillər yandırılıb.
Qarışıqlıqlarla əlaqədar şəhərə əlavə 60 polis əməkdaşı cəlb edilib və təhlükəsizlik tədbirləri gücləndirilib. Hadisələrlə bağlı üç nəfər saxlanılıb.
Şəhər polisi yeniyetməni təqib etməsi barədə ittihamları rədd edib.
Son xəbərlər
11:45
Azərbaycanda bəzi tütün məmulatlarının aksiz dərəcələri dəyişdirilib
Biznes11:43
Azərbaycanın strateji valyuta ehtiyatları 83,5 milyard dollara çatıb
Maliyyə11:43
Azərbaycan iqtisadiyyatı 1,6 % böyüyüb
Maliyyə11:43
"Karvan-Yevlax"ın futbolçusu Azərbaycan çempionatında 200-cü oyununu keçirib
Futbol11:40
Milli Məclis Vergi Məcəlləsinə dəyişikliklər edib
Maliyyə11:39
İndoneziyada 5,5 maqnitudalı zəlzələ olub
Digər ölkələr11:39
Vergi Məcəlləsinə və 16 qanuna dəyişikliklər üçüncü oxunuşda qəbul edilib
Maliyyə11:39
Əli Əsədov: Növbəti dörd il üçün yeni strateji çağırışlar və hədəflər formalaşıb
Daxili siyasət11:38