Fon der Lyayen Aİ-ni Rusiyanın hibrid müharibəsinə qətiyyətlə cavab verməyə çağırıb
- 08 oktyabr, 2025
- 13:13

Avropa İttifaqının (Aİ) hava məkanının, kritik infrastrukturun pozulması və Rusiyanın digər hərəkətləri onun apardığı hibrid müharibənin tərkib hissələridir və Avropa buna qətiyyətlə və koordinasiyalı şəkildə cavab verməlidir.
"Report"un Avropa bürosunun məlumatına görə, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Strasburqda parlamentin plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, son həftələrdə Rusiyanın MiQ qırıcıları Estoniyanın hava məkanını pozub, pilotsuz uçuş aparatları isə Belçika, Polşa, Rumıniya, Danimarka və Almaniyada mühüm obyektlərin üzərindən uçub.
Ursula fon der Lyayen bu hadisələrin sabitliyin pozulmasına xidmət edən məqsədyönlü kampaniyanın bir hissəsi olduğunu, Aİ-nin zəif nöqtələrini tapmaq, nifaq yaratmaq və Ukraynaya dəstəyi zəiflətmək məqsədi daşıdığını vurğulayıb.
"Bu, hibrid müharibədir və biz ona son dərəcə ciddi yanaşmalıyıq", - Avropa Komissiyasının sədri qeyd edib.