Fon der Lyayen: Yeni sanksiya paketi Rusiyadan LNG idxalını qadağan edir

Digər ölkələr
  • 19 sentyabr, 2025
  • 16:35
Fon der Lyayen: Yeni sanksiya paketi Rusiyadan LNG idxalını qadağan edir

Avropa Komissiyası tərəfindən bu gün təsdiqlənən Rusiyaya qarşı sayca 19-cu sanksiya paketi enerji və maliyyə sahələrində məhdudiyyətləri əhəmiyyətli dərəcədə sərtləşdirir.

"Report"un Avropa bürosunun məlumatına görə, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen yeni sanksiyaları təqdim edərkən bildirib.

Yeni paketin əsas elementi Rusiya mayeləşdirilmiş təbii qazının (LNG) idxalına tam qadağa və kriptovalyuta əməliyyatlarına qarşı gücləndirilmiş məhdudiyyətlərdir. 19-cu paketdə xüsusi diqqət dondurulmuş Rusiya aktivlərindən istifadə mexanizminə yönəldilib.

Son xəbərlər

Bütün Xəbər Lenti