Arpine Sarkisyan ABŞ səfiri ilə Ermənistanda kiberlaboratoriyanın yaradılmasını müzakirə edib

Digər ölkələr
  • 03 sentyabr, 2025
  • 11:59
Arpine Sarkisyan ABŞ səfiri ilə Ermənistanda kiberlaboratoriyanın yaradılmasını müzakirə edib

Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan və ABŞ-nin İrəvandakı səfiri Kristina Kvin əməkdaşlığın yeni istiqamətlərini, avqustun 8-də Vaşinqtonda əldə edilmiş Ermənistan-ABŞ razılaşmalarını müzakirə ediblər.

Bu barədə "Report" Ermənistan KİV-lərinə istinadən xəbər verir.

"Tərəflər avqustun 8-də Vaşinqtonda keçirilən görüşlərin əhəmiyyətini qeyd ediblər. Bu da Ermənistan və ABŞ arasında strateji əməkdaşlığın yeni istiqamətləri üçün əsas olub", - məlumatda qeyd olunur.

Bundan əlavə, onlar patrul xidməti, cinayət polisi, polis mühafizə bölmələri, həmçinin DİN-in təhsil kompleksinin inkişafını əhatə edən birgə işin və proqramların yeni istiqamətlərini müzakirə ediblər. Xüsusi diqqət kiberlaboratoriyanın yaradılmasına və bir sıra digər məsələlərə yönəldilib.