Namiq Abdullayev: "Yeni açılan zallar Azərbaycanda güləşin inkişafına təkan verəcək"

Fərdi
  • 19 dekabr, 2025
  • 13:12
Namiq Abdullayev: Yeni açılan zallar Azərbaycanda güləşin inkişafına təkan verəcək

Yeni açılan zallar Azərbaycanda güləşin inkişafına təkan verəcək.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Güləş Federasiyası və Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayev deyib.

Sidney-2000 Yay Olimpiya Oyunlarının qalibi Zabratda yeni fəaliyyətə başlayan güləş zalı ilə bağlı fikirlərini bölüşüb:

"Taleh Məmmədov dünya və Avropa çempionatlarının mükafatçısıdır. Azərbaycan Güləş Federasiyası, Gənclər və İdman Nazirliyi ona dəstək göstərib. Həmişə Talehin yanındayıq. Gördüyünüz kimi, uşaqlar artıq məşqlərə başlayıblar. İnanırıq ki, bu zalda dünya, olimpiya, Avropa çempionları yetişəcək. Burada peşəkar məşqçilər çalışır. Artıq bir neçə ünvanda güləş zalları açılıb. Bu yaxınlarda yenə də regionlara səfərlərimiz olacaq. Bu zallar güləşin inkişafına təkan verəcək. Prezident İlham Əliyevin xüsusən də güləşə hər zaman dəstəyi, qayğısı var. İnanırıq ki, güləşçilərimiz Avopa və dünya çempionatlarında, Olimpiya Oyunlarında hər zaman bayrağımızı yüksəklərə qaldıracaq və himnimizi səsləndirəcəklər".

Qeyd edək ki, Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə bu gün Zabrat qəsəbəsində tanınmış pəhləvan Taleh Məmmədovun adına yunan-Roma güləşi zalı istifadəyə verilib.

Son xəbərlər

Bütün Xəbər Lenti