Əfqanıstanda “Taliban” hərbçilərə hücum etdi, ölən və yaralananlar var
Digər ölkələr
- 24 yanvar, 2021
- 13:09
Əfqanıstanda təhlükəsizlik qüvvələri ilə "Taliban" hərəkatının döyüşçüləri arasında baş verən silahlı toqquşma nəticəsində bir neçə hərbçi yaralanıb.
Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.
Qeyd edilir ki, hadisə ölkənin şimalında, Balh əyalətində, Şolqere rayonunda olub. “Taliban” döyüşçüləri blokposta hücum ediblər, atışma nəticəsində altı hərbçi xəsarət alıb.
Silahlı toqquşma nəticəsində həmçinin “Taliban”ın beş döyüşçüsü öldürülüb, daha üç nəfər yaralanıb.
"Taliban" hücumla bağlı hər hansı açıqlama verməyib.
Son xəbərlər
16:24
Kim Min Ce "Bavariya"dan ayrıla bilər
Futbol16:15
"SOCAR Polymer" ötən il istehsalı 33 % artırıb
Energetika16:12
Avropa Komissiyası fevralın 26-da yüksək səviyyəli siyasi dialoq keçirəcək
Digər ölkələr16:12
Müştərisinin saçını kəsib sonra təqaüdünü talamaqda şübhəli bilinən bərbər saxlanılıb
Hadisə16:09
Səfir və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Qlobal Bakı Forumuna hazırlığı müzakirə edib
Xarici siyasət16:07
"Real" Fransa millisinin üzvünü heyətinə qatmaq üçün 100 milyon avro ödəmək istəyir
Futbol16:04
ABŞ-nin Yaxın Şərqdəki döyüş gəmilərinin sayı 13-ə çatıb
Digər ölkələr15:57
Naxçıvan Ali Məclisi deputatlarının köməkçiləri olacaq
Daxili siyasət15:55