Əbdüllətif Rəşid İraqda prezident seçkilərində iştirakdan imtina edib

Digər ölkələr
  • 11 aprel, 2026
  • 18:17
Əbdüllətif Rəşid İraqda prezident seçkilərində iştirakdan imtina edib

İraqın hazırkı rəhbəri Əbdüllətif Rəşid növbəti prezident seçkilərində iştirakdan imtina edib.

"Report" xəbər verir ki, bu barədə İraqın milli xəbər agentliyi - INA məlumat yayıb.

"Parlamentin spikeri Heybət əl-Halbusi Əbdüllətif Rəşidin adının namizədlər siyahısından (prezident seçkilərində iştirak etmək üçün - red.) çıxarıldığını elan edib", - agentlik bildirib.

Beləliklə, prezident postuna namizədlərin sayı indi 16 təşkil edir.

İraq Prezidenti Nümayəndələr Şurasında (parlamentdə) səs çoxluğu ilə seçilir, səlahiyyət müddəti 4 ildir.

Əbdüllətif Rəşid 2022-ci ilin oktyabrında İraq Prezidenti seçilib.