Danimarka Silahlı Qüvvələrinin bəzi məntəqələrində PUA-lar aşkarlanıb

Digər ölkələr
  • 28 sentyabr, 2025
  • 16:22
Danimarka Silahlı Qüvvələrinin bəzi məntəqələrində PUA-lar aşkarlanıb

Gecə ərzində Danimarka Silahlı Qüvvələrinin bəzi məntəqələrində bir neçə PUA aşkarlanıb.

"Report"un xəbərinə görə, bu barədə ölkənin Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

"Silahlı Qüvvələr dünən gecə bir neçə hərbi obyektdə pilotsuz uçan aparatların aşkarlandığını təsdiqləyə bilər. Bir sıra resurslar yerləşdirilib. Silahlı Qüvvələr hələlik əlavə şərh verməyib", - bəyanatda qeyd olunub.

Silahlı Qüvvələr PUA-ların harada göründüyünü və nə qədər olduğunu açıqlamır. Naməlum dronların əvvəllər Karup aviabazasının yaxınlığında, bu həftənin əvvəlində isə Skridstrup aviabazasının və Holstebrodakı hərbi kazarmaların yaxınlığında, eləcə də bir neçə mülki hava limanının üzərində olduğu bildirilmişdi. Onların buraxılışlarının arxasında kimin dayandığı hələ də məlum deyil.

Cümə axşamı axşam videomüraciətində Baş nazir Mette Frederiksen Danimarka torpağında hibrid müharibənin aparıldığını və bu hücumların qeyri-sabitlik və parçalanma mühiti yaratmaq məqsədi daşıdığını iddia edib.

Son xəbərlər

Bütün Xəbər Lenti