III MDB Oyunları: Azərbaycanın stolüstü tennisçiləri gümüş medal qazanıblar

Fərdi
  • 28 sentyabr, 2025
  • 18:23
III MDB Oyunları: Azərbaycanın stolüstü tennisçiləri gümüş medal qazanıblar

Azərbaycanın stolüstü tennisçiləri III MDB Oyunları çərçivəsində gümüş medal qazanıblar.

"Report"un Qəbələyə ezam olunmuş əməkdaşının məlumatına görə, Onur Quluzadə və Adil Əhmədzadədən ibarət komanda oğlanların qoşa yarışında finalda Rusiya ilə qarşılaşıb.

Həlledici görüşdə rusiyalı İvan Zaytsau - Aleksey Rabuşka cütü ilə qarşılaşan Azərbaycan idmançıları 0:3 hesabı ilə uduzublar.

Qızların qoşa yarışlarının həlledici görüşündə isə Rusiya millisi Belarusu 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti