Çinin yeni tip enerji sisteminə sərmayəsinin 900 milyard dollara çatacağı gözlənilir

Digər ölkələr
  • 25 noyabr, 2025
  • 09:00
Çinin yeni tip enerji sisteminə sərmayəsinin 900 milyard dollara çatacağı gözlənilir

"Çin ənənəvi və alternativ enerji mənbələrini birləşdirən yeni tip enerji sisteminin qurulması istiqamətində irəliləyir".

"Report" xəbər verir ki, bunu "Rosneft"in baş direktoru, yanacaq-energetika sektorunun inkişafı strategiyası və ekoloji təhlükəsizlik üzrə Prezident Komissiyasının icraçı katibi İqor Seçin Rusiya-Çin enerji biznes forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2025-ci ildə 900 milyard dollarlıq sərmayə ilə qlobal enerji investisiyasının üçdə biri Çinin payına düşəcək. Seçin bildirib ki, Çin qlobal enerji sektoru üçün yeni sima formalaşdıran böyük enerji gücüdür: "Ölkə ənənəvi və alternativ mənbələrin sintezi olan yeni tip enerji sisteminin qurulması istiqamətində inanılmaz sürətlə irəliləyir".

İ. Seçin əlavə edib ki, Çinin elektrik enerjisi istehsalı ABŞ-dan iki dəfə çoxdur: "Bu vəziyyət 20 il əvvəlki vəziyyətin əksinədir. Enerji sektoruna qlobal investisiyaların üçdə biri Çinin payına düşür. 2025-ci ildə Çin sərmayəsinin təxminən 900 milyard dollara çatacağı gözlənilir ki, bu da bütövlükdə Şimali Amerikadan 30%, Avropadan isə 50% çoxdur".

"Rosneft"in baş direktoru qeyd edib ki, iqtisadi artım, sənaye istehlakı, regional inkişaf, nəqliyyat və mənzil-kommunal xidmətlər də daxil olmaqla bütün sektorların elektrikləşdirilməsi Çini dünyanın aparıcı enerji istehlakçısına çevirib. O vurğulayıb ki, bu cür enerji ehtiyacları enerji təhlükəsizliyinə xüsusi yanaşma tələb edir.

Son xəbərlər

Bütün Xəbər Lenti