Cənubi Koreya və ABŞ gömrük razılaşmasının əsas aspektləri ilə bağlı fikir ayrılıqlarında qalıblar
- 27 oktyabr, 2025
- 06:46
Koreya Respublikası və Birləşmiş Ştatlar Vaşinqtonun tarifləri və Seulun 350 milyard dollarlıq sərmayələri ilə bağlı razılaşmanın əsas şərtlərinə dair məsələlərdə hələlik konsensusa gəlməyiblər.
"Report"un məlumatına görə, bunu Cənubi Koreya prezidenti Li Çje Myon "Bloomberg" agentliyinə müsahibəsində deyib.
"İnvestisiya üsulu, investisiyanın ölçüsü, itkilərin və mənfəətin vaxtı və bölgüsü - bütün bunlar büdrəmə olaraq qalır. ABŞ təbii olaraq öz maraqlarını maksimum dərəcədə artırmağa çalışır, lakin bu, Koreya Respublikası üçün fəlakətli nəticələrə səbəb olmaq həddinə çatmamalıdır", - Li Çje Myon bildirib.
"Danışıqlar davam edir, fikir ayrılıqları var. Lakin gecikmə həmişə uğursuzluq demək deyil", - deyə prezident davam edib. O, "ağlabatan nəticəyə" nail olmağın mümkünlüyünə əmin olduğunu bildirib.