Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoldaşlıq matçını keçirəcək

Futbol
  • 27 oktyabr, 2025
  • 09:16
Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoldaşlıq matçını keçirəcək

Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoldaşlıq görüşünü keçirəcək.

"Report"un məlumatına görə, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma Qazaxıstanla üz-üzə gələcək.

Qarşılaşma Çimkənd şəhər stadionunda, Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Matçı Özbəkistandan olan Roziyabonu Yusupova idarə edəcək.

Qeyd edək ki, komandalar arasında oktyabrın 24-də keçirilən ilk oyunda Azərbaycan millisi 2:1 hesablı qələbə qazanıb.

Son xəbərlər

Bütün Xəbər Lenti