Brüsseldə Slovakiya Baş nazirinin təyyarəsi uçuşa yararsız vəziyyətə salınıb

Digər ölkələr
  • 18 dekabr, 2025
  • 09:47
Brüsseldə Slovakiya Baş nazirinin təyyarəsi uçuşa yararsız vəziyyətə salınıb

Avropa İttifaqı sammitinə gedən Slovakiyanın Baş naziri Robert Fitsonun təyyarəsi Brüssel aeroportunda ciddi şəkildə zədələnib.

"Report"un məlumatına görə, bu barədə o, öz sosial şəbəkə səhifəsində yazıb.

Hökumət başçısının sözlərinə görə, trap təyyarəyə toxunub. Nəticədə onun texniki vəziyyəti uçuşları davam etdirməyə imkan verməyib.

"Brüsseldə sammit uğurlu başlamadı. Trap aeroportda təyyarəmizi o dərəcədə zədələyib ki, o, uçuşa yararsız vəziyyətə düşüb və biz onu burada qoymalıyıq", - Baş nazir qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti