Britaniyanın Dövlət Mülki Xidmətinin rəhbəri istefa verib
Digər ölkələr
- 12 fevral, 2026
- 23:06
Böyük Britaniyanın Dövlət Mülki Xidmətinin rəhbəri və Nazirlər Kabinetinin katibi Kris Uormold istefa verib.
"Report"un məlumatına görə, bu barədə ölkə hökumətinin saytında dərc olunmuş bəyanatda deyilir.
Uormoldun istefası baş nazirin öz aparatının işini "yenidən qurmaq" cəhdləri ilə əlaqələndirilir. Bu addım baş nazirin vaxtilə ABŞ-y' səfir təyin etdiyi sabiq nazir və Leyboristlər Partiyasının nüfuzlu üzvü Piter Mandelsonun adı ilə bağlı bir sıra qalmaqallardan sonra atılıb.
Baş nazir Kir Starmer öz bəyanatında vəzifəsindən ayrılan məmura "mülki xidmətdəki uzun və şərəfli karyerasına", həmçinin Nazirlər Kabinetinin katibi qismində ona göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Son xəbərlər
21:03
Tramp İranla danışıqların təfərrüatlarını açıqlayıb
Digər ölkələr20:52
Premyer Liqa: "Qarabağ" "Neftçi"ni məğlub edib
Futbol20:48
Azərbaycan hərbçiləri "EFES-2026" təlimində iştirak üçün Türkiyəyə yola düşüblər
Hərbi20:46
Tramp: ABŞ Ukraynadakı münaqişəni dayandırmaq üçün işləri davam etdirir
Digər ölkələr20:32
Kürün İmişlidən keçən hissəsində su artımı stabilləşib
Hadisə20:18
Abbas Əraqçi Moskvada Putinlə görüşəcək
Region20:09
Foto
Andrey Babiş Azərbaycana rəsmi səfərə gəlib - YENİLƏNİB
Xarici siyasət19:59
Avarçəkənlərimiz "Paolo d"Aloja" turnirində iki medal qazanıb
İdman19:57