Bolqarıstanda parlament seçkilərinin nəticələri açıqlandı
Digər ölkələr
- 09 aprel, 2021
- 03:26

Bolqarıstan Mərkəzi Seçki Komissiyası (MSK) Xalq Məclsinə keçirilən seçkilərin yekun nəticələrini açıqlayıb.
“Report” xəbər verir ki, nəticələrə əsasən Demokratik qüvvələrin İttifaqı ilə koalisiyada olan hakim “Vətəndaşlar Bolqarıstanın Avropa İnkişafı uğrunda” siyasi partiyası (GERB) qalib gəlib.
Partiya parlamentdə 75 millət vəkili ilə təmsil olunacaq. Bolqarıstanın 45-ci Xalq Məclsində (parlament) həmçinin “Belə bir xalq var” Partiyası, “Hüquq və Azadlıqlar uğrunda Hərəkat”, “Demokratik Bolqarıstan”, “Yüksəl. Mafiya rədd ol” vətəndaş platformasının nümayəndələri də təmsil olunacaqlar.
Növbəti ay yeni parlament işinə başlayacaq və hazırki hökumət istefa verəcək.
Son xəbərlər
06:38
İtaliyada idman azarkeşləri avtobus sürücüsünü öldürüb
Digər ölkələr06:25
Nyu-Yorkda dəbdəbəli göydələnin fasadında çatlar yaranıb
Digər ölkələr05:50
ABŞ bankları Argentinaya 20 milyard dollar kredit vermək zəmanəti üçün mübarizə aparır
Digər ölkələr05:22
Yaponiya hökuməti yeni Baş nazirin seçilməsi ərəfəsində istefa verib
Digər ölkələr04:51
Britaniya qoşunları PUA-ları hərbi obyektlər üzərindən vura biləcəklər
Digər ölkələr04:17
ABŞ Senatı hökumətin maliyyələşməsi haqqında qanun layihəsini yenə qəbul etməyib
Digər ölkələr03:49
Ronaldunun oğlu ilk dəfə Portuqaliyanın U16 yığmasına çağırılıb
Futbol03:09
Tramp: Demokratlar tezliklə şatdaun əleyhinə tədbirləri dəstəkləyəcəklər
Digər ölkələr02:38