AK rəhbəri Rusiyaya qarşı 19-cu sanksiyalar paketinin qəbulunun sürətləndirilməsinə çağırıb

Digər ölkələr
  • 19 sentyabr, 2025
  • 21:38
AK rəhbəri Rusiyaya qarşı 19-cu sanksiyalar paketinin qəbulunun sürətləndirilməsinə çağırıb

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Rusiya qırıcılarının Estoniyanın hava məkanını pozması ilə bağlı insident fonunda Estoniyaya dəstəyini ifadə edib.

"Report"un məlumatına görə, o, bu barədə sosial şəbəkədə yazıb.

"Biz hər bir təxribata qətiyyətlə cavab verəcəyik, eyni zamanda şərq cinahımızın möhkəmlənməsinə sərmayə qoyacağıq. Təhdidlər gücləndikcə təzyiqlərimiz də artacaq", - Fon der Lyayen qeyd edib.

AK rəhbəri həmçinin Aİ liderlərini cümə günü təqdim edilən 19-cu sanksiyalar paketinin təsdiqini sürətləndirməyə çağırıb.

Son xəbərlər

Bütün Xəbər Lenti