BMT: Qəzza zolağının bərpası üçün 30-40 milyard dollar lazımdır
Digər ölkələr
- 02 may, 2024
- 17:14
HƏMAS qruplaşması ilə İsrail arasındakı silahlı qarşıdurma zamanı ciddi ziyan dəymiş Qəzza zolağının bərpası üçün 30-40 milyard ABŞ dolları lazımdır.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə BMT-nin İnkişaf Proqramının ərəb ölkələri üzrə regional bürosunun direktoru Abdulla əd-Dərdari bildirib.
“BMT İnkişaf Proqramının ilkin hesablamaları göstərir ki, Qəzza zolağının bərpa edilməsi üçün 30 milyard ABŞ dollarından çox vəsait tələb olunacaq və bu məbləğ 40 milyard dollara da çata bilər”, - o deyib.
Əd-Dərdarinin sözlərinə görə, dağıntıların miqyası böyük və misli görünməmişdir.
“Dünya ictimaiyyəti İkinci Dünya Müharibəsindən sonra heç vaxt bu miqyasda bir şeylə qarşılaşmayıb”, - o vurğulayıb.
Son xəbərlər
13:35
Foto
Rəşad Nəbiyev Qusarda təlim-məşq toplanışı keçən cüdoçularla görüşüb
Komanda13:24
Foto
İsmayıllıda yol qəzası olub, 3 nəfər ölüb
Hadisə13:18
SEPAH ABŞ-yə məxsus PUA-nı zərərsizləşdirib
Region13:08
Gənclər və idman nazirinin müavini BMT-nin forumuna qatılıb
Xarici siyasət12:58
Video
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlanıb
Hərbi12:50
İspaniya ilk dəfə qışın qaz ehtiyatlarını yayda istifadə etməyə başlayıb
Digər ölkələr12:38
Foto
Şuşada "Kitab dayanacağı" istifadəyə verilib
Mədəniyyət siyasəti12:17
Sabah Bakıda 30 dərəcə isti olacaq, bölgələrdə şimşək çaxacaq, dolu düşəcək
Ekologiya11:57