Berlində Ukrayna qaçqınları üçün ən böyük mərkəz bağlanır

Digər ölkələr
  • 02 noyabr, 2025
  • 21:34
Berlində Ukrayna qaçqınları üçün ən böyük mərkəz bağlanır

Almaniya Berlində, keçmiş "Teqel" hava limanının ərazisində yerləşən Ukrayna qaçqınları üçün ən böyük mərkəzini bağlamaq qərarına gəlib.

Bu barədə "Report" "Deutsche Welle"yə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, mərkəz minlərlə ukraynalı qaçqın üçün müvəqqəti evə çevrilib, lakin hakimiyyət orqanları onu yeni şəhər rayonuna çevirməyi planlaşdırır. Onlar bildiriblər ki, yeni gələn ukraynalıların sayı azalıb və onlar üçün daha kiçik, mərkəzləşdirilməmiş mənzil obyektləri yaradılacaq.

Yayın son həftələrində ukraynalılar Berlindəki digər sığınacaqlara aktiv şəkildə köçürülməyə başlayıblar və məqsəd ilin sonuna qədər mərkəzi tamamilə boşaltmaqdır.

Əvvəllər "Teqel"də 5 000-dən çox qaçqın yerləşirdi, lakin bu rəqəm indi təxminən 1 500-ə düşüb. Qeyd edilir ki, qaçqınlar daha sonra "Tempelhof" hava limanı və şəhərin müxtəlif yerlərindəki yataqxanalar da daxil olmaqla digər sığınacaqlara köçürüləcəklər.

"Teqel" qaçqınlar üçün həddindən artıq sıxlıq və pis yaşayış şəraitinə görə dəfələrlə sərt tənqid olunub. İnsanların bəziləri illərdir müvəqqəti mənzillərdə və çadırlarda yaşayırdılar.

Son xəbərlər

Bütün Xəbər Lenti