Belçika yanvarın 1-ə qədər Hava Təhlükəsizliyi Mərkəzi yaradacaq
Digər ölkələr
- 06 noyabr, 2025
- 18:45
Belçika 2026-cı il yanvarın 1-ə qədər Milli Hava Təhlükəsizliyi Mərkəzi yaradacaq.
"Report" xəbər verir ki, bu barədə Belçikanın müdafiə naziri Teo Franken hərbi bazalar üzərində naməlum PUA-ların uçuşu ilə əlaqədar Milli Təhlükəsizlik Şurasının çağırılan iclasından sonra bildirib.
"Təhlükəsizlik Şurası dronlarla bağlı son insidentləri araşdırdı. Aydın qərar qəbul edildi - 1 yanvar 2026-cı ilə qədər Milli Hava Təhlükəsizliyi Mərkəzi fəaliyyətə başlayacaq. Mərkəz Belçika hava məkanının optimal müşahidəsini və müdafiəsini təmin edəcək", - nazir qeyd edib.
Bundan əvvəl ölkənin Müdafiə Nazirliyinin 500 milyon avro məbləğində dronlarla mübarizə layihəsini hökumətə təqdim etdiyi barədə məlumat verilmişdi.
Son xəbərlər
21:08
Latviyada Zəfər Günü qeyd edilib
Xarici siyasət21:03
Foto
Video
Pakistanda Baş nazir ofisi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Xarici siyasət20:59
Sahibə Qafarova Türkiyənin vitse- prezidenti ilə COP29-un nailiyyətlərini müzakirə edib
Xarici siyasət20:53
Orban: Moskva-Vaşinqton sammitinin keçirilməsi ilə bağlı danışıqlar davam edir
Digər ölkələr20:47
Türkiyədə 4,3 maqnitudada zəlzələ olub
Region20:44
"SpaceX" "EchoStar"ın tezliklərini 2,6 milyard dollara alacaq
Digər ölkələr20:43
Foto
Məhkəmədə hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərlə bağlı sübutlar elan olunub
Daxili siyasət20:27
"Erisioni" gürcü ansamblı gələn il Bakıda konsert proqramı ilə çıxış edəcək
İncəsənət20:24
Foto