"WUF13Azerbaijan": Jurnalistlərin işi Forumu daha geniş auditoriyalara yaxınlaşdırıb

Media
  • 11 iyun, 2026
  • 18:45
WUF13Azerbaijan: Jurnalistlərin işi Forumu daha geniş auditoriyalara yaxınlaşdırıb

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) zamanı media nümayəndələri müşahidəçilikdən daha çox iş görüblər.

"Report" xəbər verir ki, "WUF13Azerbaijan"ın "X" sosial şəbəkə hesabında bununla bağlı video paylaşılıb.

"WUF13 səyahəti boyu media nümayəndələri müşahidəçidən daha çoxu olublar - onlar Forumun mesajını dünya ilə bölüşməkdə bizim tərəfdaşlarımız idi", - paylaşımda bildirilib.

Qeyd olunub ki, hazırlıq aylarından tədbir günlərinə qədər jurnalistlərin fədakarlığı, peşəkarlığı və dəstəyi WUF13-ü daha geniş auditoriyalara yaxınlaşdırmağa kömək edib: "Bizimlə çiyin-çiyinə çalışan və WUF13-ün hekayəsini danışmağa töhfə verən bütün media nümayəndələrinə təşəkkür edirik".