Baş nazir: Gürcüstan 4 oktyabr seçkilərinə beynəlxalq müşahidə missiyasını dəvət edib

Digər ölkələr
  • 06 sentyabr, 2025
  • 12:53
Baş nazir: Gürcüstan 4 oktyabr seçkilərinə beynəlxalq müşahidə missiyasını dəvət edib
İrakli Kobaxidze

Gürcüstan 4 oktyabr seçkilərinə müşahidə missiyasını dəvət edib.

"Report"un yerli bütosu xəbər veriri ki, hökumət 4 oktyabrda keçiriləcək yerli özünüidarəetmə seçkilərinə ATƏT/DTİHB (ODIHR) müşahidə missiyasını dəvət edib.

Baş nazir İrakli Kobaxidze brifinqdə bildirib ki, hökumət artıq təşkilata rəsmi məktub göndərib:

"Bütün təzyiq və hücumlara baxmayaraq, ümid edirik ki, ATƏT/DTİHB missiyası seçkilərin müşahidəsindən imtina etməyəcək. Gürcüstan hökuməti ənənəvi olaraq onların tam fəaliyyətinə şərait yaratmağa hazırdır".

Kobaxidze həmçinin qeyd edib ki, müxalifətin bir hissəsi - "Vahid Milli Hərəkat" və "Akhali" partiyaları seçkiləri boykot edib, "Lelo" və "Gürcüstan üçün" isə 64 dairədən 37-də namizəd irəli sürə bilib.

Baş nazirin sözlərinə görə, təşkilata qarşı yönələn beynəlxalq və daxili təzyiqlərə baxmayaraq, hökumət missiyanın ölkəyə dəvət olunması barədə qərar qəbul edib.