Barak Obama prezident postunda sonuncu çıxışını edəcək
Digər ölkələr
- 06 dekabr, 2016
- 12:01
Bakı. 6 dekabr. REPORT.AZ/ “Dekabrın 6-da Barak Obamanın prezident postunda sonuncu çıxışı ABŞ milli təhlüksizliyinə həsr ediləcək”.
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Ben Rods telefonla keçirdiyi brifinqdə jurnalistlərə bildirib.
“Floridada milli təhlükəsizliyiə həsr edilən məruzə onun sonuncu çıxşı olacaq” - B.Rods vurğulayıb.
Onun sözlərinə görə, Barak Obama çıxışında terrorçuluğa qarşı, xüsusilə İŞİD və “Əl-Qaidə”yə qarşı mübarizədən danışacaq.
Qeyd edək ki, gələn il yanvarın 20-də Barak Obamanın prezidentlik müddəti başa çatacaq, onu yeni seçilən Prezident Donald Tramp əvəz edəcək.
Son xəbərlər
05:14
İran ABŞ-nin raketlərinə Yaxın Şərqə hücumla cavab verib
Region04:41
ABŞ Mərkəzi Komandanlığı: Gəmilər Hörmüz boğazından keçir
Region04:20
"Rystad": Neft qiymətləri 150 dollara qədər yüksələ bilər
Energetika03:55
Tramp İrana qarşı yeni güclü hücumların baş verə biləcəyini açıqlayıb
Digər ölkələr03:50
Mikayıl Cabbarov: "Yaxın aylarda dünyanın tanınmış texnoloji tərəfdaşları ilə yeni data mərkəzlərinin anonsları veriləcək"
İKT03:39
"Axios": Tramp İrana qarşı genişmiqyaslı əməliyyatı nəzərdən keçirib
Region03:04
Hörmüz boğazı bağlanıb, SEPAH artıq iki gəmini vurub
Region02:47
Fars körfəzi ölkələri İrana xəbərdarlıq ediblər
Digər ölkələr02:36