Avropa Komissiyası İsrailə qarşı məhdudiyyətləri müzakirə edəcək
Digər ölkələr
- 16 sentyabr, 2025
- 15:24
Avropa Komissiyası sentyabrın 17-də İsrailin Qəzzadakı fəaliyyətləri səbəbindən ona qarşı məhdudlaşdırıcı tədbirlər paketini müzakirə edəcək.
"Report"un Avropa bürosunun məlumatına görə, bu barədə Aİ-nin rəsmi nümayəndəsi Paula Pinyo brifinqdə bildirib.
"Sabah kollegiya iclasında komissarlar İsraillə bağlı tədbirlər kompleksini nəzərdən keçirəcəklər. Buraya Aİ ilə İsrail arasında Avropa-Aralıq dənizi sazişinin müəyyən ticarət müddəalarının dayandırılması ilə bağlı komissiyanın təklif də daxildir", - o bildirib.
P.Pinyo qeyd edib ki, təklif olunan tədbirlər arasında Aİ Şurasının, yəni ittifaqa üzv 27 ölkənin təsdiqini tələb edənlər var.
Bununla yanaşı, Avropa Komissiyası Qəzza şəhərindəki vəziyyətin faciəli olduğunu vurğulayıb.
Son xəbərlər
19:35
Andrey Yermak istefa verib
Digər ölkələr19:31
"Barselona"nın futbolçusu La Liqada növbəti oyunu buraxacaq
Futbol19:29
Foto
AQTA "Kəndli" bazarında nöqsanlar aşkarlayıb
Sağlamlıq19:18
Foto
Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb, xəsarət alan olmayıb - YENİLƏNİB-2
Hadisə19:09
Foto
Şahin Mustafayev ilə Mher Qriqoryan Qəbələdə sərhədlərin delimitasiyası və təhlükəsizliyini müzakirə edib
Xarici siyasət19:06
Prokurorluq orqanlarında qulluğa qəbulla əlaqədar yazılı imtahan mərhələsinin nəticələri açıqlanıb
Daxili siyasət18:47
Rumıniyada müdafiə naziri vəzifəsi iqtisadiyyat nazirinə həvalə edilə bilər
Digər ölkələr18:42
PSJ-nin futbolçusu zədələnərək sıradan çıxıb
Futbol18:33