Avropa İttifaqı Çinin ixrac nəzarətini genişləndirməsindən narahatdır

Digər ölkələr
  • 27 oktyabr, 2025
  • 12:39
Avropa İttifaqı Çinin ixrac nəzarətini genişləndirməsindən narahatdır

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antoniu Koşta Çinin kritik xammalın ixracına nəzarəti genişləndirməsi ilə bağlı bu ölkənin Dövlət Şurasının baş naziri Li Tsyana ciddi narahatlığını bildirib.

"Report" xəbər verir ki, A.Koşta bu barədə Malayziyada ASEAN sammitinin kuluarlarında keçirilən danışıqların nəticələrini şərh edərkən "X" sosial şəbəkəsində yazıb.

"Aİ Çinlə konstruktiv və sabit münasibətlərə böyük əhəmiyyət verir. Biz qlobal problemlərin həlli üçün əməkdaşlığı gücləndirməyə çalışırıq", - o qeyd edib.

Aİ Şurasının prezidenti L.Tsyana çevik, etibarlı və proqnozlaşdırıla bilən təchizat zəncirlərinin mümkün qədər tez bərpa olunmasını tövsiyə etdiyini vurğulayıb.

A.Koşta Çinin Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına kömək edəcəyi ilə bağlı Avropa İttifaqının gözləntilərini ifadə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti