Argentinada iqtisadiyyat nazirinin müavini XİN başçısı təyin olunub

Digər ölkələr
  • 23 oktyabr, 2025
  • 21:36
Argentinada iqtisadiyyat nazirinin müavini XİN başçısı təyin olunub

Argentina Prezidenti Xavyer Miley yeni xarici işlər naziri vəzifəsinə hazırda iqtisadiyyat nazirinin müavini olan Pablo Kirnonu təyin etmək qərarına gəlib.

"Report" xəbər verir ki, bu barədə Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

"Maliyyə Departamentinin rəhbəri və ölkə tarixində ən böyük böhrandan qaça bilmiş iqtisadi komandanın əsas üzvü Pablo Kirno yeni xarici işlər naziri olacaq", - məlumatda deyilir.

Bildirilir ki, Miley bununla da öz hökumətinin xarici işlər və iqtisadiyyat nazirlikləri arasında əlaqələri və bazar mövqeyini gücləndirir.

Məlumata görə, yeni xarici işlər naziri Argentinanın Qərb ölkələri arasında yerini möhkəmləndirmək məqsədi ilə beynəlxalq alyanslar qurmağa davam edəcək.

Bundan əvvəl Xerardo Verteynin xarici işlər naziri vəzifəsindən istefa verdiyi açıqlanıb.

Son xəbərlər

Bütün Xəbər Lenti