Anqolada daşqın səbəbindən Lobito dəhlizi üzrə qatarların hərəkəti dayandırılıb
Digər ölkələr
- 12 aprel, 2026
- 23:01
Anqolada kritik əhəmiyyətli mineralların, o cümlədən mis və kobaltın daşınması üçün mühüm əhəmiyyət kəsb edən Lobito dəhlizinin dəmir yolu xətti üzrə qatarların hərəkəti dayandırılıb.
"Report" xəbər verir ki, bu barədə "Lobito Atlantic Railway" şirkətinin nümayəndələri məlumat veriblər.
Məlumata görə, güclü yağışlar səbəbindən məcrasından çıxan çaylar xəttin ayrı-ayrı sahələrində daşqına səbəb olub. Xüsusilə də Kubal və Kaimbambo stansiyaları arasında Halo çayı üzərindəki körpülər, eləcə də Benqela yaxınlığında Kavako çayı üzərindəki körpü su altında qalıb.
Şirkətdən qeyd ediblər ki, bununla əlaqədar təsirə məruz qalan sahələrdə dəmir yolu əlaqəsi qeyri-müəyyən müddətə dayandırılıb.
Son xəbərlər
12:07
Hikmət Hacıyev xarici diplomatların Laçına səfərinin videosunu paylaşıb
Qarabağ12:00
Biləsuvarın bəzi əraziləri işıqsız qalıb
Energetika11:58
Səfir: Səudiyyə Ərəbistanı Qarabağdakı infrastruktur layihələrində iştirak imkanlarını nəzərdən keçirir
Qarabağ11:58
Azərbaycanda həyat sığortası üzrə ödənişlər 13 %-ə yaxın artıb
Maliyyə11:53
Elçin Qasımov: Slovakiya 2027-ci ilə qədər Qarabağda "Ağıllı kənd" layihəsini başa çatdıracaq
Qarabağ11:51
Slovakiya səfiri: Azərbaycan hökuməti Qarabağı fəal şəkildə inkişaf etdirir
Qarabağ11:47
Foto
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilir
Mədəniyyət siyasəti11:45
Foto
Video
Gəncədə metaləritmə müəssisəsinin fəaliyyəti dayandırılıb
Hadisə11:37