Almaniya Polşa üzərində hava patrullarını genişləndirəcək
Digər ölkələr
- 11 sentyabr, 2025
- 19:55
Almaniya hökuməti Rusiya PUA-ları ilə bağlı insidentdən sonra Polşa üzərində hava patrullarını genişləndirmək niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Ştefan Kornelius bildirib.
"Baltikyanı ölkələr və Polşada mövcud öhdəliklərə əlavə olaraq, Almaniya hökuməti Polşa üzərində hava patrullarını gücləndirəcək və genişləndirəcək", - Kornelius PUA insidentini şərh edərkən deyib.
O, həmçinin vurğulayıb ki, Almaniya hökuməti həmçinin Ukraynaya dəstəyi artıracaq. Almaniya Nazirlər Kabinetinin nümayəndəsi bildirib ki, Almaniya hökuməti Avropa İttifaqı daxilində Rusiyaya qarşı 19-cu sanksiyalar paketinin mümkün qədər tez qəbul edilməsini istəyəcək.
Son xəbərlər
22:41
Astarada avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Hadisə22:40
Foto
Xamenei: İran danışıqlarda ABŞ-nin mövqeyini qəbul etməyəcək - YENİLƏNİB
Region22:31
Video
Prezidentin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Xarici siyasət22:30
Bakı–Naxçıvan reysləri ləğv edilib
İnfrastruktur22:24
Çexiya və CAR oyununun ən yaxşısı açıqlanıb
Futbol22:23
Bolqarıstan "Lukoyl"un Aİ-nin sanksiyalar paketindən çıxarılmasına çalışacaq
Digər ölkələr22:13
Küveyt neft sektorunda fors-major rejimini ləğv edib
Energetika21:59
Foto
DÇ-2026: Çexiya - CAR oyununda qalib müəyyənləşməyib - YENİLƏNİB-5
Futbol21:35