Almaniya məcburi hərbi xidmətlə bağlı müzakirələrə qayıda bilər

Digər ölkələr
  • 09 dekabr, 2025
  • 04:49
Almaniya məcburi hərbi xidmətlə bağlı müzakirələrə qayıda bilər

Almaniya Kansleri Fridrix Merts Silahlı Qüvvələrin planlaşdırılan şəkildə artırılması üçün könüllü əsasda çağırışın yetərli olmaması halında, məcburi hərbi xidmətin tətbiqinin müzakirəsini istisna etməyib.

"Report" xəbər verir ki, Merts bu barədə ARD telekanalının efirində bildirib.

Bununla yanaşı, Almaniya hökumətinin başçısı hələ də "könüllü xidmətə güvəndiyini" qeyd edib.

"Ümid edirəm ki, cəlbedici təkliflər də daxil olmaqla, Bundesverə (Almaniya Silahlı Qüvvələri) əsgərləri cəlb edə biləcəyik. Biz istəyirik ki, silahlı qüvvələr bizə lazım olan səviyyəyə çatsın", - deyə Merts bildirib. - "Əgər könüllü xidmət işləsə, sevinəcəyəm. Əks halda, yenidən hərbi xidmət öhdəliyi barədə danışmalı olacağıq".

Almaniyanın müdafiə xərclərinin artırılması zərurəti ilə bağlı sualı cavablandıran Merts vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri Almaniyanın dəstəyi olmadan ölkəni adekvat şəkildə müdafiə edə bilməz.

Son xəbərlər

Bütün Xəbər Lenti