Rusiya PUA-larının Kiyevə kütləvi hücumunda hökumət binasında yanğın olub, ölənlər var

Digər ölkələr
  • 07 sentyabr, 2025
  • 09:18
Rusiya PUA-larının Kiyevə kütləvi hücumunda hökumət binasında yanğın olub, ölənlər var

Sentyabrın 7-nə keçən gecə Rusiya PUA-larının Kiyev şəhərinə kütləvi hücumu nəticəsində Ukrayna hökumətinin binasında yanğın baş verib.

"Report"un xəbərinə görə, bu barədə paytaxt meri Vitali Kliçko özünün Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, Svyatoşinski və Darnitski rayonlarında evlərə ziyan dəyib. 

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin gecə saatlarında Kiyevə kütləvi hücumu nəticəsində 2 nəfər ölüb, 17 nəfər yaralanıb.