Almaniya Danimarkada Aİ sammitinin təhlükəsizliyinin təmin olunmasına kömək edəcək
- 28 sentyabr, 2025
- 16:53

Bundesver pilotsuz təyyarə insidentləri fonunda Danimarkada keçiriləcək Avropa İttifaqının (Aİ) sammitinin təhlükəsizliyini təmin etməyə kömək edəcək.
"Report" xəbər verir ki, bu barədə N-tv kanalı məlumat yayıb.
Çərşənbə günü, oktyabrın 1-də Kopenhagendə Aİ-nin qeyri-rəsmi sammiti keçiriləcək. Məlumata görə, Almaniya Müdafiə Nazirliyi yaxın vaxtlarda Danimarkanın paytaxtına "qabaqcıl qüvvələr" göndərməyə hazırdır.
Xatırladaq ki, sentyabrın 22-də Kopenhagen səmasında bir neçə iri pilotsuz uçan aparat görüntülənib. Danimarka paytaxtının hava limanı təyyarələrin enişi üçün bağlı olub.
Pilotsuz təyyarələr Danimarka səmasında peyda olanda yerli "Ekstra Bladet" qəzeti Rusiyanın Baltik Donanmasının "Aleksandr Şabalin" adlı iri desant gəmisinin (LDK) krallığın dəniz sərhədinə yaxınlaşdığını yazır.