Aİ rəsmiləri Vaşinqtonda Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcəklər

Digər ölkələr
  • 06 sentyabr, 2025
  • 09:37
Aİ rəsmiləri Vaşinqtonda Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcəklər

Avropa İttifaqı (Aİ) rəsmiləri sentyabrın 8-də Vaşinqtonda Rusiyaya qarşı məhdudiyyətlərlə bağlı danışıqlar aparacaqlar.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Nümayəndə heyətinə Aİ-nin sanksiyalar üzrə xüsusi elçisi Devid O'Sallivan başçılıq edəcək. ABŞ Maliyyə Nazirliyində keçiriləcək görüşdə Rusiyaya qarşı iqtisadi təzyiq vasitələri, o cümlədən yeni sanksiyalar müzakirə olunacaq.

Daha əvvəl Avropa İttifaqı Şurasının sədri Antoniu Koşta Aİ komandasının Rusiyaya qarşı sanksiyaları müzakirə etmək üçün ABŞ-yə getməyi planlaşdırdığı barədə məlumat vermişdi.