Aİ İrana qarşı sanksiyaları qismən bərpa edib

Digər ölkələr
  • 29 sentyabr, 2025
  • 13:29
Aİ İrana qarşı sanksiyaları qismən bərpa edib

Avropa İttifaqı (Aİ) Şurası "Avropa üçlüyü" ölkələrinin (Böyük Britaniya, Almaniya, Fransa) ardınca İrana qarşı sanksiyaları qismən bərpa etməyi qərara alıb.

"Report" xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında deyilir.

Sanksiyalar İrana silah ixracına və uranın zənginləşdirilməsi ilə əlaqəli fəaliyyətlərə kömək edə biləcək hər hansı əşya, material, mal və texnologiyaların ötürülməsinin qadağan edilməsini nəzərdə tutur.

Həmçinin İran tərəfinə energetika sektoru üçün avadanlıq satışı, qızıl və digər qiymətli metalların tədarükü qadağandır.

Bundan başqa, Aİ İran Mərkəzi Bankının və iri kommersiya kredit təşkilatlarının aktivlərini yenidən dondurur.

Son xəbərlər

Bütün Xəbər Lenti