Tommazo Di Covanni: "İstehlakçılar tüstüsüz məhsullar haqqında tam məlumat almalıdırlar" – MÜSAHİBƏ
- 29 sentyabr, 2025
- 15:19

Astanada "Philip Morris International" (PMI) şirkəti tərəfindən təşkil edilən və tütün çəkməyin tüstüsüz alternativlərinə həsr olunmuş beynəlxalq "Technovation" konfransı keçirilib. Konfransın təşkilatçıları əmindirlər ki, siqaret çəkənlərə elmi cəhətdən əsaslandırılmış və sağlamlıq üçün daha az təhlükəli alternativlər təklif etməklə bəşəriyyət tamamilə tüstüsüz gələcəyə nail ola bilər. PMI-nin kommunikasiya və qarşılıqlı əlaqələr üzrə vitse-prezidenti Tommaso Di Covanni ilə siqaret çəkənlərin ya ümumiyyətlə siqareti tərgitməsi, ya da nikotin qəbul etməyə davam edirlərsə daha az təhlükəli alternativlərə keçməsi üçün nə edilməli olduğu barədə müzakirə apardıq.
- Cənab Tommazo, şirkətiniz "tüstüsüz gələcəyə" transformasiya ideyasını fəal şəkildə təşviq edir. Azərbaycanda vəziyyət necədir? Növbəti 10 ildə azərbaycanlı istehlakçının məlumatlandırılmasında və tüstüsüz məhsullara olan etimadın artırılmasında öz rolunuzu necə görürsünüz?
- Azərbaycan bizim üçün xüsusilə vacibdir. Çünki əslində Azərbaycan ABŞ-dən başqa gəlirlərimizin 100 %-nin tüstüsüz məhsullardan əldə edildiyi ilk ölkədir. Bizim üçün növbəti addım siqareti tərgitməyən bütün istehlakçıların tüstüsüz alternativlərə keçdiyinə əmin olmaqdır.
Ona görə də, burada əsas məsələ məhsulu anlamaq və dərk etməkdir. Bu, tüstüsüz alternativlər haqqında istehlakçı biliklərini yaratmaq üçün ümumi bir vəzifədir ki, bu məlumatları əldə edən siqaret çəkənlər siqareti tərgidə bilsinlər.

- Sizcə qanunvericilik tütün sənayesində inqilabi innovasiyaları təşviq etməklə yanaşı, əhalinin sağlamlığının qorunmasına hansı şəkildə diqqət yetirməlidir?
- Hər şeydən əvvəl demək lazımdır ki, bu gün müxtəlif ölkələrdə tütün tərkibli məhsulların istehsalını tənzimləyən qanunvericilik illər əvvəl, müasir alternativ məhsullar mövcud olmadığı zaman hazırlanıb. Buna görə də köhnəlmiş qanunvericiliyin yenilənməsi bir nömrəli çağırışdır.
Lakin ölkələr artıq öz qanunvericiliklərinə müxtəlif normalar daxil edirlər - məsələn, məhsul bazara çıxmazdan əvvəl müraciətin ilkin nəzərdən keçirilməsi, həmçinin məhsul istehlakçıya təklif edildikdən sonra müvafiq orqanların nəzarəti.
İstehlakçılar tüstüsüz məhsulların həm üstünlükləri, həm də riskləri barədə tam məlumat almalıdırlar.
Müxtəlif ölkələrdə bir neçə fərqli həll var. Məsələn, bəzilərində qanun qutu üzərində və satış nöqtəsində məlumat verməyə imkan verir. Lakin Böyük Britaniya və Yeni Zelandiya kimi ölkələr də var ki, hökumət özü nikotin tərkibli məhsulların üstünlükləri və riskləri haqqında məlumat yayır və siqareti tərgidə bilməyənlər arasında bu məhsullara keçidi təşviq edir. Həmçinin ABŞ-də məlumatlar sosial şəbəkələr vasitəsilə yayıla bilər.
İkinci maddə - nikotin tərkibli alternativlərin əlçatanlığıdır ki, şirkətlər onların istehsalına investisiya yatırsın, vergi sahəsi isə bu məhsulları istehlakçı üçün münasib qiymətə satmağa imkan versin, bununla da onların daha yaxşı alternativ olduğunu göstərsin.
Üçüncü maddə - məhsulların satış nöqtələrində əlçatanlığı, siqaret çəkənin onu görə və ala biləcəyi yerlərdə olmasıdır.
Sonuncu - bu məhsulların yetkinlik yaşına çatmamış şəxslərin və ya siqaret çəkməyən şəxslərin əlinə düşməsinin qarşısını almaq üçün qanunverici tədbirlərdir.
Yeni Zelandiya bunun üçün ən yaxşı nümunələrindən biridir. Onların 2030-cu ilə qədər dövlətin tüstüsüz olması üçün planı var.

- Bu gün sizin məhsulunuz dünyada tüstüsüz brendlər arasında liderdir. Bu uğurun arxasında nə dayanır?
- IQOS doğrudan da aparıcı brenddir. Bizim qızdırılan tütün öz kateqoriyasında bazarının 70%-ni tutur. O, artıq brend dəyərinə görə "Marlboro"nu keçib və 10 il ərzində "Tesla" və digər şirkətlər kimi müqayisə edilə bilən gəlirlilik səviyyəsinə çatıb.
Uğuru təmin edən iki faktor - siqaret çəkənlər üçün şəraitin yaxşılaşdırılması vədi, həm cihaz, həm də onunla birlikdə istifadə olunan tütün məmulatları üçün keyfiyyətə və innovativ həllərə davamlı investisiyalardır.
IQOS öz kateqoriyasında ilk məhsuldur və buna görə də onun qabaqcıl olmaq üstünlüyünə malikdir - biz ilk olaraq nəyin işlədiyini, nəyin işləmədiyini gördük və çatışmazlıqlara sürətlə reaksiya verdik. Buna görə də bu gün biz bu seqmentdə lider mövqeyimizi qoruyuruq.

- Bugünkü istehlakçı istehsalçıdan sürətli innovasiyalar gözləyir. Avtomobil və telefon istehsalçıları tələbi qarşılamaqda çətinlik çəkirlər, məhsulların dizaynını və funksionallığını daim yeniləyirlər. Tüstüsüz məhsullardan gözləntilər nələrdir? Bu gözləntiləri nə dərəcədə qarşılayırsınız?
- Biz ilk növbədə, öz istehlakçımızı yaxşı tanıyır və onun bizdən nə istədiyini bilirik. Əsas istədikləri şey sağlamlıqları üçün riskləri azaltmaqdır.
İkincisi, Yaponiyada öyrəndiyimiz bir nüansdır - insanlar üçün məhsulun istifadəsinin gigiyenik aspektləri, qoxu və külün olmaması çox önəmlidir. Yapon mədəniyyəti ətrafınıza narahatlıq yaratmamanızı tələb edir. Və bizim IQOS məhsulumuz bu mədəniyyətlə mükəmməl şəkildə uyğunlaşır.
Üçüncüsü elektronikanın, materialın, quraşdırma keyfiyyəti və əlbəttə ki, mükəmməl dizayn istehlakçılarda rəğbət oyadır. Buna görə də onu sevirlər.

- Siz şirkətinizin tüstüsüz siqaret çəkməyə keçid üçün özünü, istehsalını və istehlakçıları necə dəyişdirdiyinizdən danışdınız. Bu transformasiyada dövlətin və vətəndaş cəmiyyətinin rolunu necə görürsünüz?
- Onlar bir çox şey edə bilərlər. Ən əsası, anlaşılan dildə davamlı məlumatlandırmanı təmin edə bilərlər - insanın edə biləcəyi ən yaxşı şey siqareti tərgitməkdir. Əgər bunu etmirsə, daha təhlükəsiz alternativə keçmək daha yaxşıdır. Bu, birmənalı olmalı və mediadan, vətəndaş cəmiyyətindən və digər ictimai məlumatlandırma kanallarından gəlməlidir.
İkincisi, bizim kimi şirkətlərin siqaret çəkməyə davam edənlərə daha yaxşı seçim olan innovativ məhsulların istehsalına və təşviqinə daim investisiya yatırılması üçün şəraitin yaradılmasıdır.

- Azərbaycan istehlakçısına tütünün qızdırılma texnologiyasını təqdim etməyinizdən bir ildən çox vaxt keçib. Azərbaycanda tüstüsüz biznesin perspektivini necə görürsünüz? İnsanlar daha az zərərli alternativə nə dərəcədə həvəslə keçirlər?
- Azərbaycanda IQOS-un nisbətən yeni tarixi var. Biz görürük ki, onun qəbul edilmə səviyyəsi çox yüksəkdir. Gözləyirik ki, hökumət strukturları, akademik təşkilatlar və media tüstüsüz məhsullara keçidin üstünlükləri haqqında daha çox danışacaqlar. Bununla da siqaret çəkənlərə, əgər onlar bunu tərgitmirsə, daha yaxşı alternativlərə keçməyə kömək edəcəklər.