Konqoda Eboladan ölənlərin sayı 1 033 nəfərə çatıb

Digər ölkələr
  • 23 iyul, 2026
  • 11:39
Konqoda Eboladan ölənlərin sayı 1 033 nəfərə çatıb

Konqo Demokratik Respublikasının beş əyalətində Ebola qızdırmasına təsdiqlənmiş yoluxma hallarının sayı 2 536-ya çatıb.

"Report" xəbər verir ki, bu barədə Konqonun Rabitə və Mətbuat Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, 738 xəstə təcrid olunub və ya stasionar şəraitdə müalicə alır, 506 nəfər sağalıb, 1 033 nəfər isə ölüb.