ABŞ Nümayəndələr Palatasının üzvü Marjori Teylor-Qrin vaxtından əvvəl istefa verəcək
- 22 noyabr, 2025
- 08:05
ABŞ Konqresinin Nümayəndə Palatalasının üzvü Marjori Teylor-Qrin 2026-cı ilin yanvar ayının əvvəlində vəzifəsindən ayrılmaq niyyətində olduğunu açıqlayıb.
"Report"un xəbərinə görə, o, bu barədə "X" sosial media platformasında yazıb.
"Mən vəzifəmdən gedirəm və 5 yanvar 2026-cı il vəzifəmdə son günüm olacaq", - Teylor-Qrin bildirib.
O, açıqlamasında hazırkı Prezident Donald Trampın elan etdiyi "Amerika hər şeydən əvvəl" prinsipinin ABŞ administrasiyasının siyasətinə xarici təsirin qarşısını almalı olduğunu vurğulayıb. O, həmçinin korporasiyaların və xarici ölkələrin maraqlarının "Vaşinqton üçün ən əziz olaraq qalmasından" narahatlığını ifadə edib. Teylor-Qrin həmçinin ABŞ hərbi-sənaye kompleksinin nümayəndələri tərəfindən hücuma məruz qaldığını bildirib.