ABŞ-nin energetika naziri: Kömür gələcək onilliklərdə aktuallığını qoruyacaq
- 24 sentyabr, 2025
- 22:56

Kömür gələcək onilliklər ərzində vacib elektrik enerjisi mənbəyi olaraq qalacaq.
"Report" xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt bildirib.
"Qlobal miqyasda kömür 125 il ərzində ən əhəmiyyətli elektrik enerjisi mənbəyi olub və siyasətdən asılı olmayaraq, kömür gələcək onilliklər ərzində belə qalacaq", - o, jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
Raytın sözlərinə görə, ABŞ-nin bütün kömürlə işləyən elektrik stansiyalarını bağlamağa imkanı yoxdur, çünki bu, ölkədə elektrik enerjisinin qiymətlərini artıracaq.
ABŞ Prezidenti Donald Tramp dəfələrlə bəyan edib ki, onun administrasiyası karbohidrogen hasilatını artırmaq üçün tədbirlər görəcək. Fevral ayında o, Enerji Dominantlığı Şurasının yaradılması haqqında sərəncam imzalayıb.