ABŞ narkotik qaçaqmalçılığı ilə mübarizə üçün Dominikanın aeroportlarından istifadə edir

Digər ölkələr
  • 27 noyabr, 2025
  • 04:40
ABŞ narkotik qaçaqmalçılığı ilə mübarizə üçün Dominikanın aeroportlarından istifadə edir

Dominikan Respublikası hakimiyyəti ABŞ-nin hərbi naziri Pit Heqsetin səfəri ilə əlaqədar olaraq Birləşmiş Ştatlara paytaxt regionunda yerləşən iki əsas beynəlxalq hava limanından – "Las Americas" və "San Isidro"dan istifadə etməyə icazə verib.

"Report"un xəbərinə görə, bu barədə Dominikanın "Diario Libre" qəzeti məlumat yayıb.

Beləliklə Mərkəzi Amerika ölkəsinin Prezidenti Luis Abinader hərbi naziri Pit Heqsetin rəsmi səfəri ilə əlaqədar olaraq hava limanlarında avadanlıq və texniki personalın daşınması üçün hətta məhdudlaşdırılmış zonaların istifadəsinə icazə verib. Qəzet saytında "Dominikan Respublikası ABŞ-nin "San Isidro" və "Las Americas" hava limanlarından narkotik qaçaqmalçılığı ilə mübarizə aparmaq üçün istifadəsinə icazə verəcək" başlıqlı məqalədə artıq "Las Americas" hava limanında olan ABŞ-nin Hərbi Hava Qüvvələrinə məxsus təyyarəni əks etdirən video yayıb.

Qeyd edilir ki, L.Abinader icazənin müddətini dəqiqləşdirməyib.

Son xəbərlər

Bütün Xəbər Lenti