ABŞ lideri İrandan danışıb: Mən onları bombalamayacağam
Digər ölkələr
- 09 fevral, 2025
- 05:21
“Mən İranla nüvə məsələlərində razılaşmaq istərdim, çünki bunu bombalamaqdan üstün tuturam”.
“Report” xəbər verir ki, bunu ABŞ lideri Donald Tramp “The New York Post”a müsahibəsində qeyd edib.
Onun sözlərinə görə, belə bir razılaşma əldə olunarsa, İsrail İrana hücum etməyəcək. Bununla belə, Tramp potensial danışıqların təfərrüatlarını açıqlamaqdan imtina edib.
Prezident ümid edir ki, onlar hazırkı planlarından əl çəkəcəklər: “Onlara sövdələşməyə hazır olduğumu söyləyəcəyəm”.
Razılaşmanın müqabilində İrana konkret nə təklif edəcəyi sualına Tramp belə cavab verib: “Çox sərt olduğu üçün deyə bilmərəm. Amma mən onları bombalamayacağam”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ilə Rusiya lideri Vladimir Putin arasında telefon danışığı baş tutub.
Son xəbərlər
22:31
Foto
Drumeva: IV Şuşa Qlobal Media Forumunun mövzusu çox vacibdir
Media22:26
Kəlbəcərdə uşaq çaya düşüb
Hadisə22:16
Uolts ABŞ ilə İran arasında nüvə danışıqlarının aparıldığını təsdiqləyib
Digər ölkələr22:00
Foto
IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Qarabağ küçəsi ilə tanış olublar
Media21:52
ABŞ-nin İrana endirdiyi zərbələr nəticəsində azı bir nəfər ölüb - YENİLƏNİB
Region21:35
İsraildə parlament seçkilərinin tarixi açıqlanıb
Digər ölkələr21:10
Foto
Azərbaycanın çimərlik voleybolçuları bürünc medal qazanıblar
Komanda21:04
İndoneziyada yük maşını ilə pikapın toqquşması nəticəsində 11 nəfər ölüb
Digər ölkələr20:59