ABŞ-ın bombalaması nəticəsində Əfqanıstanda 36 terrorçu məhv edilib - VİDEO

Digər ölkələr
  • 14 aprel, 2017
  • 06:32
ABŞ-ın bombalaması nəticəsində Əfqanıstanda 36 terrorçu məhv edilib - VİDEO
Afp.com

Bakı. 14 aprel. REPORT.AZ/ ABŞ-ın Əfqanıstanda terrorçu İŞİD qruplaşmasının mövqelərini bombalaması nəticəsində 36 terrorçu məhv edilib. 

“Report” “Agence France-Presse”ə istinadən xəbər verir ki, məlumatı Əfqanıstan hökuməti yayıb. 

Qeyd edək ki, ABŞ ilk dəfə döyüş şəraitində ən güclü qeyri-nüvə “GBU-43” bombasından istifadə edib. Məlumata görə, Nanqarhar əyalətinin Açin rayonuna aviazərbələr endirilib. Pentaqon, bunun ABŞ-ın indiyədək istifadə etdiyi ən güclü qeyri-nüvə bombası olduğunu təsdiqləyib. Ağırlığı 9,5 ton olan bu bombaya Pentaqonda “Bombaların anası” adı verilib. 

ABŞ-ın bombalaması nəticəsində Əfqanıstanda 36 terrorçu məhv edilib - VİDEO