ABŞ-də avtomobil piyadalara çırpılıb, ölən və xəsarət alanlar var
Digər ölkələr
- 08 noyabr, 2025
- 23:23
ABŞ-nin Florida ştatının Tampa şəhərində avtomobilin piyadaları vurması nəticəsində azı dörd nəfər həlak olub, daha 11 nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə "ABC News" telekanalı yerli polisə istinadən məlumat yayıb.
Bildirilir ki, sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil binaya çırpılıb.
"Xəsarət alanların üçü hadisə yerində, dördüncüsü isə xəstəxanada vəfat edib. Onlardan birinin vəziyyəti kritikdir, digər səkkiz nəfər isə stabil vəziyyətdədir", - polis məlumat verib.
Qeyd olunur ki, yüngül xəsarət alan iki nəfərə yerində tibbi yardım göstərilib.
Polisin məlumatına görə, 22 yaşlı avtomobil sürücüsü Saylas Sempson qəza yerində saxlanılıb, onun küçə yarışlarında iştirak etdiyi bildirilir.
Son xəbərlər
01:35
Məcnun Məmmədov: Kənd təsərrüfatında süni zəkanın tətbiqi üzərinə çalışırıq
Daxili siyasət01:07
Foto
Leyla Əliyeva Əbu-Dabidə Şeyx Zayed məscidini ziyarət edib
Xarici siyasət01:04
Azərbaycanda ötən il ümumi taxıl istehsalı 3 faiz artıb
ASK00:39
Məcnun Məmmədov: Bəzi bölgələrdə ciddi baytar çatışmazlığı yaşayırıq
ASK00:16
Azərbaycanda istehsal olunan pambığın ixrac səbəbi açıqlanıb
ASK00:00
Foto
Leyla Əliyeva Əbu-Dabidə "İnsan Qardaşlığı Məclisi" tədbirində iştirak edib
Xarici siyasət23:55
Foto
Azərbaycan və Serbiya arasında çoxtərəfli siyasi məsləhətləşmələr keçirilib
Xarici siyasət23:43
İranın Azərbaycana yaxın ərazisində zəlzələ olub
Region23:26