ABŞ-da 38 ştat “Google” şirkətini məhkəməyə verdi
Digər ölkələr
- 17 dekabr, 2020
- 23:26
ABŞ-ın bir neçə ştatı antimonopoliya qaydalarını pozması ilə bağlı Amerikanın texnologiya nəhəngi “Google”a qarşı məhkəmədə iddia qaldırıb.
“Report” xəbər verir ki, bunu Nyu-Yorkun Baş prokuroru Letisiya Ceyms bildirib.
“Mən, başqa ştatlardan olan 37 həmkarımla birlikdə “Google”a qarşı axtarış xidmətinin qanunsuz inhisarçılığına son qoyması üçün məhkəməyə müraciət edirəm”- Baş prokuror tvitter hesabında yazıb.
ABŞ hökuməti “Google”la bağlı ilk dəfə məhkəməyə müraciət etmir. 20 oktyabr tarixində ABŞ Ədliyyə Nazirliyi “Google” şirkətini məhkəməyə verib.
Nazirlik iddia edir ki, şirkət axtarış sistemlərinin keyfiyyətlərini aşağı salır və seçim variantlarının sayını azaldaraq istehlakçılara zərər verir. “Google” isə iddiaları əsassız sayır.
Son xəbərlər
23:50
Azərbaycanın dövlət xadimi Hidayət Orucov vəfat edib
Hadisə23:38
Leysan və dolu Ankarada subasmaya səbəb olub
Region23:22
DÇ-2026: Qətər - İsveçrə oyununda hesab açılıb - YENİLƏNİR
Futbol23:22
Azərbaycanın voleybol milliləri Avropa Liqasında növbəti oyunlarını keçiriblər
Komanda23:19
Rizedə itən şəxsin axtarışı zamanı AFAD əməkdaşı həlak olub
Region23:05
Gürcüstanlı analitik: Ermənistandakı parlament seçkiləri Qərbin ikili standartlarını bir daha üzə çıxardı
Region22:50
Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı artıb
Digər ölkələr22:34
SEPAH Trampın sülh sazişi barədə açıqlamasına münasibət bildirib
Region22:22