ABŞ-dakı Azərbaycan diasporunun fəalları mükafatlandırılıb

Diaspor
  • 27 dekabr, 2020
  • 11:14
ABŞ-dakı Azərbaycan diasporunun fəalları mükafatlandırılıb
Ercan Yerdelenli

ABŞ-dakı Azərbaycan diasporunun fəalları medalla təltif ediliblər.

“Report”un xüsusi müxbiri xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsi ABŞ-dakı Azərbaycan diasporunun fəaliyyətinə töhfələr verən diaspor təşkilatlarının fəalları - Abol Bahadorini, Ercan Yerdelenlini, Farid M.Mammadovu, Jon-Naimi Amiralı, Turyan Qarabağ Rafaellini “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edib.

Nyu-Yorkdakı Azərbaycan Assosiasiyasının rəhbəri Ercan Yerdelenli bildirib ki, ölkəmizin Vətən müharibəsində qazandığı tarixi qələbə ABŞ-dakı Azərbaycan diasporunun nümayəndələri tərəfindən sevinc və qürur hissi ilə qarşılanıb: “ABŞ-da yaşayan azərbaycanlı fəallar uzun illərdir Qarabağ həqiqətlərinin bu ölkənin ictimayyətinə çatdırılmasında səylə çalışmaqdadır. Biz bu müddət ərzində dayanmadıq, ABŞ-da Azərbaycanın səsi olduq.

Bu müddət ərzində başda Nyu-York şəhəri olmaqla ABŞ-ın bir sıra şəhərlərində mitinqlər keçirdik. ABŞ mediası bizdən yazdı. Ancaq, hələ də, işimiz yekunlaşmayıb. Bundan sonra Qarabağın gözəlliklərini, zəngin təbiətini və qaynaqlarını ABŞ cəmiyyətinə tanıdacağıq”.

Vüsalə Abbasova