Dövlət naziri: "Qətər şirkətləri Qarabağda bərpa layihələrində iştirakda maraqlıdır"
Daxili siyasət
- 07 sentyabr, 2021
- 09:32

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
"Report" xəbər verir ki, Qətərin dövlət naziri Azərbaycanın qonşu dövlətlə münasibətlərin normallaşdırılması və sülhün təmin olunmasına dair mövqeyinin təqdir edildiyini ifadə edib.
O, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa prosesi çərçivəsində layihələrin icrasına Qətər şirkətlərinin də cəlb edilməsində maraqlı olduqlarını bildirib.
İnformasiya mübadiləsi sahəsində əməkdaşlığın həyata keçirilməsi üçün mövcud imkanlardan istifadə edilməsinin önəmi qeyd olunub.
Son xəbərlər
09:19
Bakının üç rayonunda qaz olmayacaq
Energetika09:16
Argentinalı məşhur baş məşqçinin yeni klubu bəlli olub
Futbol09:08
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (03.09.2025)
Maliyyə09:08
Azərbaycanın taxılçılıq müəssisəsinin xalis mənfəəti kəskin azalıb
Maliyyə09:07
Lukakunun "Qarabağ"la matçda oynamayacağı dəqiqləşib
Futbol09:02
Cokoviç ABŞ Açıq çempionatında yarımfinala vəsiqə qazanıb
Fərdi09:00
Bakıda yol qəzasında xəsarət alan şəxs 18 gün sonra ölüb
Hadisə08:58
Foto
Binəqədi-Novxanı şosesində minik avtomobili yanıb
Hadisə08:57