Azərbaycanın taxılçılıq müəssisəsinin xalis mənfəəti kəskin azalıb
- 03 sentyabr, 2025
- 09:08

"Nadir Quliyev adına Bakı-Taxıl" ASC 2024-cü ili 182 min manat xalis mənfəətlə başa vurub.
"Report" səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 43,8 % azdır.
Ötən il "Bakı-Taxıl"ın əməliyyat gəlirləri 9,416 milyon manat (əvvəlki ilə nisbətən 22,8 % az), satışının maya dəyəri 9,045 milyon manat (23,4 % az), inzibati xərcləri 151 min manat (9,4 % çox), əməliyyat mənfəəti 7 min manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 46 min manat (43,2 % az) təşkil edib.
Bu il yanvarın 1-nə "Bakı-Taxıl"ın aktivləri 16,823 milyon manat olub ki, bu da illik müqayisədə 1,3 % çoxdur. Hesabat dövrünə şirkətin öhdəlikləri 6,2 % artaraq 7,939 milyon manata çatıb, balans kapitalı isə 2,6 % azalaraq 8,884 milyon manata düşüb.
Xatırladaq ki, "Nadir Quliyev adına Bakı-Taxıl" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 7,511 milyon manatdır.