Xanyurdu sakini: Doğma yurda qayıtmaqla ağrılı günlərimiz arxada qaldı

Daxili siyasət
  • 25 noyabr, 2025
  • 15:05
Xanyurdu sakini: Doğma yurda qayıtmaqla ağrılı günlərimiz arxada qaldı

Doğma yurda qayıtmaqla əhalinin ağrılı günləri arxada qaldı.

Bunu "Report"un Xocalıya ezam olunan əməkdaşına açıqlamasında rayonun Xanyurdu kəndinin sakini Zakir Salahov deyib.

O, müharibənin başlanğıcından özünün də kəndin müdafiəsində iştirak etdiyini vurğulayıb:

"Özüm münaqişənin alovlandığı ilk günlərdən torpaqlarımızın müdafiəsində iştirak etmişəm. Qardaşım Şakir Salahov Azərbaycanın Milli Qəhrəmanıdır. Həmçinin iki oğlum da Vətən müharibəsində iştirak edib. Çox sevinirəm ki bu gün doğma yurdumuza döndük. Doğma yurda qayıtmaqla ağrılı günlərimiz arxada qaldı".

Son xəbərlər

Bütün Xəbər Lenti