Vitse-spiker: Vaşinqtonda ABŞ-Azərbaycan əlaqələrinin yeni mərhələyə keçidinə nail olundu

Daxili siyasət
  • 09 sentyabr, 2025
  • 12:12
Vitse-spiker: Vaşinqtonda ABŞ-Azərbaycan əlaqələrinin yeni mərhələyə keçidinə nail olundu

Vaşinqtonda əldə olunan razılaşma heç bir nəticə əldə etməyən Minsk qrupunu tarixə qovuşdurdu.

"Report" xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusuna həsr edilmiş xüsusi iclasında çıxış edib. 

O vurğulayıb ki, Vaşinqton görüşündə sülh müqaviləsinə çatmaq üçün vacib olan addımlardan biri tamamlandı: 

"Sənəddə təsbit olunan Zəngəzur dəhlizi vasitəsilə Naxçıvanla maneəsiz əlaqənin təşkil edilməsi daha bir milli məqsədin həyata keçirilməsi idi. Həmçinin ABŞ ilə Azərbaycan arasında əlaqələrin yeni keyfiyyət mərhələsinə keçidinə nail olundu. İki ölkə arasında qarşılıqlı maraq təşkil edən məsələlərdə əməkdaşlıq nəzərdə tutulur. Ümid edirik ki, ölkəmiz yeni dünya nizamında layiqli yerini qorumağa davam edəcək".