Vəngli sakini: Doğma yurda qayıdışın sevincini sözlə ifadə etmək mümkün deyil

Daxili siyasət
  • 09 oktyabr, 2025
  • 12:29
Vəngli sakini: Doğma yurda qayıdışın sevincini sözlə ifadə etmək mümkün deyil

Uzun illərdən sonra doğma yurda qayıdışın sevincini sözlə ifadə etmək mümkün deyil.

Bunu "Report"un Ağdərəyə ezam olunmuş əməkdaşına açıqlamasında Vəngli kənd sakini Şakir Behbudov deyib.

O, kəndə ailə üzvləri ilə birgə qayıtdığını bildirib:

"Müharibənin ilk günlərindən döyüşlərdə iştirak etmişəm. Baş verən döyüşlərin birində atam şəhid oldu. Kaş bu günü o da görəydi... Bu gün doğma ocağımıza ailə üzvlərimlə birgə qayıdıram. Sevincimizi sözlə ifadə etmək mümkün deyil. Bizə bu sevinci, qüruru yaşadan şəhidlərimizə rəhmət diləyirik".

Son xəbərlər

Bütün Xəbər Lenti